Menyu

Fransa millisi Azərbaycanı PSJ-nin stadionunda qəbul edəcək

Əziz Əzizli
Fransa millisi Azərbaycanı PSJ-nin stadionunda qəbul edəcək

Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

Operativ Media Fransa Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Didye Deşamın yetirmələri Azərbaycan, İslandiya və Ukrayna yığmalarını eyni arenada qəbul edəcək.

Məlumatda bildirilib ki, yerli şirkətlər öz aralarında “Stad de Frans”la bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən fransızlar qrupda həm millimizlə, həm də digər komandalarla ev oyunlarını PSJ-nin ev matçlarını keçirdiyi paytaxt Parisdəki “Park de Prens” stadionunda keçirəcək. Federasiya prezidenti Filipp Diallo da xəbəri təsdiqləyib.

Qeyd edək ki, millimiz Fransa ilə səfər oyununu oktyabrın 10-da keçirəcək.

Teqlər:

"Fransa millisi Az\u0259rbaycan\u0131 PSJ-nin stadionunda q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər