18 Aprel 2025, 11:50
Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib - VİDEO
Tədbirin sonunda ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib - VİDEO şəkil
Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib - VİDEO

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində bir sıra dövlət qurumları və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirakı ilə tədbir keçirilib.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü və ölkəmizin suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası haqqında zəruri məlumatlar verilib. Qeyd olunub ki, ordu quruculuğunda aparılan islahatların tərkib hissəsi kimi, strateji kommunikasiya sahəsi də dövrün tələbləri və müasir yeniliklər çərçivəsində inkişaf etdirilir.

Daha sonra tədbir iştirakçılarına “Dövlət qurumları və QHT-lərlə iş”, “Media məkanında dövlət sirrinin mühafizəsi”, “Vətəndaşların müraciətləri ilə iş” və digər mövzularda brifinqlər təqdim edilib. Tədbirdə, həmçinin Azərbaycan Ordusunda hərbi təhsil sahəsində görülən işlərdən danışılıb, Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri  və qəbul qaydaları ilə bağlı geniş məlumat verilib.

Tədbirin sonunda ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - VİDEO
21 May 2025, 15:45
Tokayev İlham Əliyevə təşəkkür edib
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır