Menyu

UEFA reytinqi: "Qarabağ" 69-cu pillədə qərarlaşıb

Əziz Əzizli
UEFA reytinqi: "Qarabağ" 69-cu pillədə qərarlaşıb
1 dəq oxu

Yenicə başa çatan avrokubok həftəsinin yekunlarına əsasən, UEFA-nın reytinq cədvəli yenilənib.

Operativ Media xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 1/4 final oyunlarından sonra Azərbaycan 19.625 xalla assosiasiya reytinqində 30-cu yerdə qərarlaşıb.

Bolqarıstan bir pillə irəlidədir (19,875), İrlandiya isə (14,968) geridədir.

427 komandanın yer aldığı klub reytinqində Azərbaycan 7 klubla təmsil olunub. Onların arasında ən yaxşı göstərici 69-cu yerdə olan “Qarabağ”dır (32 000).

“Neftçi” 187-ci (8000), “Zirə” 318-ci, “Sabah” 319-cu, “Sumqayıt” 323-cü (hamısı 4000), “Qəbələ” 337-ci (3000), “Şamaxı” 339-cu (2500) yerdədir.

Əlaqəli Xəbərlər