18 Aprel 2025, 22:30
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

"Çelsi" və "Nyukasl" Bayern Münhenin 28 yaşlı mərkəz müdafiəçisi Kim Min Jae ilə maraqlanır.
Operativ Media xəbər verir ki, bu barədə Jurnalist Santi Auna sosial şəbəkə hesabında yazıb.
Mənbə xəbər verir ki, artıq bu klublar cənubi koreyalı futbolçunun rəhbərliyi ilə danışıqlara başlayıb. Kim Min Jae gələn yay "Bavariya"dan ayrılmağa hazırdır və digər komandaların təkliflərini nəzərdən keçirəcək.
Bu mövsüm Kim Min Jae bütün turnirlərdə 42 matçda iştirak edib və 3 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.