Menyu

"Santos" Neymarın son durumunu açıqladı

Əziz Əzizli
"Santos" Neymarın son durumunu açıqladı

"Santos" Braziliya çempionatının 4-cü turunda "Atletiko Mineyro" ilə keçirilən oyunda (2:0) zədələnən hücumçu Neymarın vəziyyəti ilə bağlı açıqlama verib.

Operativ Media xəbər verir ki, görüş aprelin 17-də baş tutub. 33 yaşlı braziliyalı futbolçu zədə səbəbindən oyunun 34-cü dəqiqəsində əvəzlənib. Neymar meydanı göz yaşları içində tərk edib.

Klubun məlumatına görə, futbolçu tibbi müayinədən keçib və bu dəfə yarımmembran əzələsində yeni zədə aşkarlanıb. Neymar artıq müalicəyə başlayıb. Əvvəlki zədə ilə bağlı hər hansı residiv qeydə alınmayıb. Eyni zamanda, idmançı yeni zədələrin qarşısını almaq üçün əzələlərini gücləndirməyə çalışacaq. Lazım gəldikdə, klubun müəyyən etdiyi optimal müddət çərçivəsində meydana qayıtması üçün reabilitasiya prosesinə yeni yanaşmalar tətbiq ediləcək.

Qeyd edək ki, Neymar bu ilin qış transfer dönəmində "Əl-Hilal"dan ayrılaraq "Santos"a qayıdıb. 33 yaşlı hücumçu 2024/25 mövsümündə bütün turnirlərdə 11 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Teqlər:

"\"Santos\" Neymar\u0131n son durumunu a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər