“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək - FƏRMAN
Nərmin Qocamanlı
"Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya ediləcək.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu apararkən Məhkəmə-Hüquq Şurası üzrə “Elektron məhkəmə” informasiya sistemindən də istifadə edəcək.
Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi üzrə səlahiyyətli qurum dəyişib, Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurası ilə əvəzlənib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma