17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
Operativ Media xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində üçüncü matçında Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Estoniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində qolu 90-cı dəqiqədə Nicat Kərimov vurub.