Menyu

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
1 dəq oxu

Göygöl rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Operativ Media xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Ölən şəxs Daşkəsən rayon sakini 1959-cu il təvəllüdlü Müzakir Abdullayevdir. Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər