Menyu

Emin Mahmudov 250-ə çatdı

Əziz Əzizli
Emin Mahmudov 250-ə çatdı

Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib.

Operativ Media xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 31-ci turuna təsadüf edib. O, “Qarabağ”la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb.

Emin Premyer Liqada 201 dəfə “ağ-qaralar”ın formasını geyinib. O, Azərbaycan Kubokunda 24, avrokuboklarda 25 dəfə “Neftçi”nin heyətində meydana çıxıb. Bunlardan 4-ü Çempionlar Liqası, 11-i Avropa Liqası, 10-u Konfrans Liqası çərçivəsində baş tutub.

Qeyd edək ki, Mahmudov 250 oyunda 58 qol vurub. O, Premyer Liqada 43, kubokda 6, qitə miqyaslı turnirlərdə 9 dəfə fərqlənib.

Teqlər:

"Emin Mahmudov 250-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər