Menyu

Göygöldə minik avtomobili dəmir arakəsməyə çırpılıb

Əsəd Abbaslı
Göygöldə minik avtomobili dəmir arakəsməyə çırpılıb

Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü R.İmanov hadisə yerində ölüb.

1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər