Menyu

Toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma başladılıb

Toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma başladılıb

Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Operativ Media xəbər verir ki, Xətai rayonu "Venesiya" şadlıq evindəki kütləvi zəhələnmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub. Zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər