Menyu

Nizamidə anbarda baş verən yanğın tam söndürülüb- YENİLƏNİB 2

Nərmin Qocamanlı
Nizamidə anbarda baş verən yanğın tam söndürülüb- YENİLƏNİB 2

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.

Operativ Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360kv.m sahədə yanıb. 

Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

***

12:46

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. 

Operativ Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

***

12:38

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb.

Hazırda yanğının tam söndürülməsi əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

***

12:04

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Qeyd edək ki,Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən  Kövkəb Səfərəliyeva küçəsindən Nizami  və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Teqlər:

"Nizamid\u0259 anbarda ba\u015f ver\u0259n yan\u011f\u0131n tam s\u00f6nd\u00fcr\u00fcl\u00fcb- YEN\u0130L\u018fN\u0130B 2"

Əlaqəli Xəbərlər