Menyu

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Babək Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı  narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Babək rayonu ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsini idarə edən Ş.Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. Ş.Məmmədov barəsində protokol tərtib edilib.

Teqlər:

"Narkotikin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər