Menyu

Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb

Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb

Növbəti köç karvanı ilə Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim edilib. 

Operativ Media xəbər verir ki, 83 nəfərdən ibarət 21 ailə doğma yurduna qovuşub.

Açarların təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, mərhələli şəkildə doğma torpaqlarına köç edən keçmiş məcburi köçkünlər üçün Ballıca kəndində hər cür şərait yaradılıb. Onların məşğulluq məsələləri diqqət mərkəzində saxlanılır.

Ballıca kəndinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər. Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla, Ballıca kəndində 157 ailə (742 nəfər) məskunlaşıb

Teqlər:

"Xocal\u0131n\u0131n Ball\u0131ca k\u0259ndin\u0259 daha 21 ail\u0259 k\u00f6\u00e7\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər