Operativ Media xəbər verir ki, o, bu haqda "Kicker"ə açıqlamasında bildirib.
"Müqaviləmi yeniləməmək və burada qalmamaq qərarına gəldiyim bir an oldu. Bu barədə açıq danışdım. Klub bunu bilir".
29 yaşlı alman futbolçunun klubla müqaviləsi iyunun sonunda başa çatır.
Müdafiəçi 2015-ci ildən "Bayer"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.