21 Aprel 2025, 17:33
Sumqayıtdakı “Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Sumqayıtdakı “Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb şəkil
Sumqayıtdakı “Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən Hacıyev Ceyhun Telman oğluna məxsus “Diana” ailəvi istirahət mərkəzində aparılan yoxlama zamanı normativ tələblərin pozulduğunu aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Operativ Media-ya verilən məlumata görə, müəssisədə etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, mətbəx sahəsinin tələblərə cavab vermədiyi, bəzi işçi masaların və stellajların asan təmizlənə bilən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində cərimə tətbiq olunub.

Son xəbərlər
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Bakı şəhərində GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB
Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb