Menyu

Yüksək Liqanın ilk final matçı baş tutdu

Əziz Əzizli
Yüksək Liqanın ilk final matçı baş tutdu
1 dəq oxu

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib.

Operativ Media xəbər verir ki, “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunda “Abşeron” 3:0 hesablı qələbəyə sevinib.

Komandalar arasında həlledici görüş aprelin 24-də, Milli Gimnastika Arenasında baş tutacaq.

Çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.

Əlaqəli Xəbərlər