Menyu

“Mançester Yunayted” "Portu"nun qapıçısını transfer etmək istəyir

Əziz Əzizli
“Mançester Yunayted” "Portu"nun qapıçısını transfer etmək istəyir
1 dəq oxu

"Portu"nun qapıçısı Dioqo Kosta karyerasını İngiltərədə davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Correio da Manha" məlumat yayıb.

Mənbənin məlumatına görə, Portuqaliya millisinin 25 yaşlı qolkiperi ilə "Mançester Yunayted" maraqlanır. Mankunianlar Kostaya Andre Onananın mümkün əvəzləyicisi kimi baxır. Futbolçu ilə "Mançester Siti" də maraqlanır.

Bu mövsüm Kosta 41 oyun keçirib, 44 qol buraxıb və 18 oyunda qapısını təmiz saxlayıb.

Əlaqəli Xəbərlər