Menyu

Gəncədə 5 nəfər qidadan zəhərlənib

Gəncədə 5 nəfər qidadan zəhərlənib
1 dəq oxu

Gəncədə qidadan zəhərlənən 5 nəfərə mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilib, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Operativ Media xəbər verir ki, bu barədə cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə aprelin 22-si saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi) hospitalizasiya olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. 

Əlaqəli Xəbərlər