Menyu

Kafu: Rafinya "Qızıl top"a layiqdir

Əziz Əzizli
Kafu: Rafinya "Qızıl top"a layiqdir

"Milan"ın və Braziliya yığmasının sabiq müdafiəçisi Kafu "Barselona"nın yarımmüdafiəçisi Rafinhanın "Qızıl top"u qazanmaq şansını dəyərləndirib.

Operativ Media xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.

"Rafinya uzun müddətdir ki, "Qızıl top"a layiqdir. "Xüsusilə bu il La Liqa və Çempionlar Liqasındakı çıxışını nəzərə alsaq, qalib gəlmək şansı çoxdur".

Bu mövsüm 28 yaşlı braziliyalı bütün turnirlərdə 48 oyun keçirib, 30 qol vurub və 23 məhsuldar ötürmə edib. Rafinya 2022-ci ilin yayından "Barselona"da çıxış edir.

Teqlər:

"Kafu: Rafinya \"Q\u0131z\u0131l top\"a layiqdir"

Əlaqəli Xəbərlər