Menyu

Metroda “sərnişin-maşinist” rabitəsindən boş yerə istifadə edən qadın 200 manat cərimələnib

Metroda “sərnişin-maşinist” rabitəsindən boş yerə istifadə edən qadın 200 manat cərimələnib

Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib.

Operativ Media xəbər verir ki, Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilib.

Metropolitendə zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməsinə görə onun barəsində 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrdakı xanım sərnişin rabitədən bir neçə dəfə istifadə edərək maşinistə suallar ünvanlayıb. O, maşinistdən rabitə düyməsindən gərəksiz yerə istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsini də soruşub.

Məlumat üçün bildirək ki, bu, Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb. Belə ki, sözügedən təlimatın 5.26-cı bəndində zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək qadağan edilmiş hərəkət hesab olunur.

Qafqazinfo

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər