Pep Qvardiola: "Aston Villa" ilə qarşılaşma finala bərabərdir
Əziz Əzizli
İngiltərə çempionu "Mançester Siti"nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 22-ci turunda "Aston Villa" ilə qarşılaşmanın əhəmiyyətini vurğulayıb.
Operativ Media xəbər verir ki, o, bu haqda klubun saytına danışıb.
“Bu matçın nəticəsi, şübhəsiz ki, çempionatdakı son mövqeyimizdə həlledici rol oynaya bilər. Bundan sonra hər oyun önəmlidir, finala bərabərdir. "Aston Villa" Çempionlar Liqasına vəsiqə üçün iddialıdır. Onların PSJ-yə qarşı çıxışı heyranedici idi.
Qvardiola "Aston Villa" oyunu final adlandırıb.
"Bu, finaldır və azarkeşlərimiz bizə növbəti mövsüm Çempionlar Liqasında yenidən oynamaqda kömək edə bilər".
“Mançester Siti” 58 xalla 5-ci, “Aston Villa”dan bir xal geri qalaraq 7-ci yerdədir.
Teqlər:
"Pep Qvardiola: \"Aston Villa\" il\u0259 qar\u015f\u0131la\u015fma finala b\u0259rab\u0259rdir"