Məzun gecəsi üçün restoran qiymətləri - ARAŞDIRMA

Orta və ali təhsil müəssələrində tədris ilinin başa çatmasına az bir zaman qalıb. Dərs ilinin yekununda şagird və tələblər məzun gecəsini qeyd etmək üçün müxtəlif məkanlara üz tuturlar. Tələbatın çoxluğu ilə əlaqədar bəzən restoranlar aylar öncəsindən bron edilir.
Bəs restoranlarda məzun gecəsi ilə bağlı qiymətlər nə qədərdir?
Operativ Media restoranlardakı məzun gecəsi qiymətlərini araşdırıb.
Qiymətlər 40-150 azn arasında dəyişir.
Restoranlardakı adambaşı menyu qiymətlərini təqdim edirik:
“La Marine Baku”-da adambaşı banket menyu qiymətləri 50 AZN-dən başlayır. Qiymət aralığı isə 50, 60, 70, 80, 90,120 AZN arasında dəyişir.
“Neolit City” restoranında adambaşı banket menyu qiyməti qapalı zalda 80, açıq zalda isə 70 AZN təşkil edir.
“Ramada BY WYNDHAM Baku” restoranında adambaşı menyu qiyməti 70 AZN-dən başlayır. Qiymət aralığı 70, 80, 90,100 AZN olmaqla yemək çeşidlərinə görə dəyişir. Qeyd edək ki, burada əlavə 5 faiz servis haqqı hesablanır.
“SeaBay” restoranında məzun günü üçün adambaşı menyu qiyməti 50 AZN təşkil edir.
“Glass” restoranında adambaşı menyu qiyməti 40 AZN təşkil edir.
“Garden Hall” restoranında da adambaşı menyu qiyməti 40 AZN təşkil edir. Burada əlavə 10 faiz servis haqqı nəzərdə tutulub.
“Manolya” restoranında adambaşı menyu 55 AZN-dən başlayır. Qiymət aralığı yemək çeşidlərinə görə 55, 70, 80, 100 AZN arasında dəyişir.
“Delmar” restoranında adambaşı menyu qiyməti 55 AZN-dən başlayır. Qiymət aralığı yemək çeşidlərinə görə 55, 60, 65 arasında dəyişir.
“Narşərab” restoranında adambaşı menyu qiyməti 90 AZN-dən başlayır. Qiymət aralığı yemək çeşidlərinə görə 90, 120, 150 AZN arasında dəyişir. Uşaq menyusu isə 40 AZN təşkil edir.
Günay Nəcəfova