Menyu

Region Liqasında pley-offun püşkü atıldı

Əziz Əzizli
Region Liqasında pley-offun püşkü atıldı

AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Operativ Media xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

1/8 finalın cütləri:

“Göyəzən” - “Biləsuvar”

“Record Club” – “Bərdə”

“Xudat City” - “Şirvan”

“Marafon” - “Dirçəliş”

“Çinar Zəngilan” - “Şirvan” OİK

“Xankəndi” - “Topçular”

“Ağstafa Gəncləri” - “Şirvanovka”

“Zəfər 44” - “Naftalan”

Qeyd edək ki, 1/8 final mərhələsi bir, 1/4 final və yarımfinal mərhələləri iki oyundan ibarət olacaq. 1/8 finalın matçları aprelin 26-27-də keçiriləcək.

Teqlər:

"Region Liqas\u0131nda pley-offun p\u00fc\u015fk\u00fc at\u0131ld\u0131"

Əlaqəli Xəbərlər