22 Aprel 2025, 20:01
Azərbaycan Kubokunda final oyununun vaxtı dəyişdirildi
PFL Minifutbol Federasiyasının müraciətini nəzərə aldı.
Azərbaycan Kubokunda final oyununun vaxtı dəyişdirildi şəkil
Azərbaycan Kubokunda final oyununun vaxtı dəyişdirildi

2024/25 mövsümü Azərbaycan kubokunda final oyununun vaxtı dəyişib.

Operativ Media xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının məlumatında bildirilir.

Qeyd edilib ki, 21 may tarixindən etibarən Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək. 

Bununla əlaqədar olaraq Minifutbol Federasiyasının da Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınaraq Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsinə qərar verilib. 

Ölkə kuboku çərçivəsində mövsümün son qarşılaşması 1 iyunda deyil, 31 may tarixində keçiriləcək. 

Oyun öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

Son xəbərlər
Kreml: Azərbaycan-Ermənistan Əbu-Dabi danışıqlarını alqışlayırıq
Muxtar Babayevlə COP30-un prezidenti Vyanada iqlim müzakirələri aparıblar
10 İyul 2025, 13:41
Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmində artım var
"Mingəçevir" yeni məşqçi ilə müqavilə imzaladı
27 şəhər və rayonda sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb
FİFA reytinqi: Azərbaycan millisi gerilədi
Əbu-Dabidə nələr müzakirə olunur?