Menyu

Husilər ABŞ-yə məxsus pilotsuz təyyarəni vurub

Əziz Əzizli
Husilər ABŞ-yə məxsus pilotsuz təyyarəni vurub
1 dəq oxu

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ hərbi pilotsuz təyyarəsini vurduqlarını və iki döyüş gəmisini hədəfə aldıqlarını açıqlayıblar.

Husi ordusunun sözçüsü Yəhya Seri verdiyi açıqlamada, Yəmənin şimal-qərbindəki Hacı əyaləti sahillərində ABŞ-yə məxsus MQ-9 tipli İHA-nı yer-hava raketi ilə vurduqlarını bildirib.

Operativ Media xəbər verir ki, Seri, aprel ayında vurulan ABŞ-yə aid PUA-ların sayının 7-yə, hücumların başından bəri vurduqları İHA sayının isə 20-yə yüksəldiyini bildirib.

Seri, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Truman" və "Carl Vinson" təyyarə gəmilərini Qırmızı dəniz və Oman dənizində çox sayda qanadlı raket və İHA ilə hədəf aldıqlarını bildirib.

Əlaqəli Xəbərlər