Vinisius 2 ilə qədər futboldan uzaqlaşdırıla bilər
Əziz Əzizli
"Real Madrid"in hücumçusu Vinisius Junior Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən şübhə altına alınıb.
Operativ Media “Marca”ya istinadən xəbər verir ki, 24 yaşlı braziliyalı bir neçə futbol klubunun sahibi olduğu üçün maraqların toqquşması qaydalarını pozmaqda şübhəli bilinir. Günahı sübut olunarsa, o, iki ilə qədər futboldan uzaqlaşdırıla bilər.
Vinisiusun "Real Madrid" ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Daha əvvəl Madrid klubunun futbolçu ilə müqaviləni 2-3 il müddətinə uzatmaq istədiyi barədə məlumatlar yayılmışdı .
"Transfermarkt" portalı braziliyalı forvardın dəyərini 200 milyon avro qiymətləndirir.