Voleybol üzrə Azərbaycan millisi Avropa Çempionatında iştirak edecək
Əziz Əzizli
Voleybol üzrə 16 yaşadək (U-16) oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu məqsədlə voleybolçularımız bu gün yarışa ev sahibliyi edən İspaniyaya yola düşüblər.
25-27 aprel tarixlərində İspaniyada keçiriləcək birincilikdə komandamız B qrupunda mübarizə aparacaq. Millimizin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Avstriya komandaları olacaq.
Yarışda ölkəmiz Cahangir Seyed Abbasinin rəhbərliyi ilə təmsil olunacaq.
Qeyd edək ki, AVRO-2025-in ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutacaq komandalar, həmçinin üçüncü yeri tutacaq ən yaxşı iki komanda qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.
Teqlər:
"Voleybol \u00fczr\u0259 Az\u0259rbaycan millisi Avropa \u00c7empionat\u0131nda i\u015ftirak edec\u0259k"