Menyu

Alman mütəxəssis Azərbaycan cüdosunun uğur sirrini açıqladı

Əziz Əzizli
Alman mütəxəssis Azərbaycan cüdosunun uğur sirrini açıqladı

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi və performans direktoru Riçard Trautman 2024-cü il Paris Yay Olimpiya Oyunlarında əldə etdiyimiz inanılmaz uğurlar barədə fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə Monteneqronun paytaxtı Podqoritsada Avropa çempionatına həsr olunmuş mətbuat konfransında açıqlama verib:

“İlk başladığım vaxtlar asan deyildi, hər şey alışdığım mühitdən fərqli idi. Lakin zamanla eyni istiqamətə addımlayan böyük arzuları və nəhəng potensialı olan güclü bir komanda formalaşdıra bildik. Sadəcə düzgün idmançıları tapmaq, onlara dəqiq bir konsept və ümid vermək lazım idi. Parisdə bu yanaşma öz nəticəsini verdi. İndi isə növbəti hədəf – qadınlardan ibarət komandamızı da kişilər qədər güclü səviyyəyə çatdırmaqdır”.

Mətbuat konfransından sonra EJU prezidenti Laslo Tot tərəfindən Riçard Trautmana yorulmaz əməyi, işinə sadiqliyi və cüdodakı nailiyyətlərinə görə xüsusi xatirə lövhəsi təqdim edilib.

Teqlər:

"Alman m\u00fct\u0259x\u0259ssis Az\u0259rbaycan c\u00fcdosunun u\u011fur sirrini a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər