AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXI turunda qeydə alınan neqativ hallarla bağlı qərarlarını açıqlayıb.
Operativ Media xəbər verir ki, “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 29 nömrəli futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununun 85-ci dəqiqəsində “Şamaxı” klubunun 12 nömrəli futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şamaxı” klubu 500 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubu tərəfindən ehtiyat skamyaya dəymiş zərərin “Kəpəz” klubu tərəfindən ödənilməsinə qərar verilib.