
Bu gün Podqoritsada (Monteneqro) cüdo üzrə Avropa çempionatı başlayıb.
Operativ Media xəbər verir ki, AÇ-nin ilk günündə Azərbaycanın beş idmançısı tatami üzərinə çıxıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov startda İtzhak Aşpizə (İsrail) ipponla qalib gəlib, daha sonra Aleksandru Matei (Rumıniya) məğlub edib. 1/4 finalda Luka Mkheidzeyə (Fransa) uduzaraq təsəlliverici blokda qərarlaşıb. Bu mərhələdə komanda yoldaşı Turan Bayramovu məğlub edən Əhməd axşam saatlarında Fransisko Qarriqosla (İspaniya) bürünc medal uğrunda mübarizə aparacaq.
Turan Bayramov da Ceyms Zəhra (Malta) üzərində ippon qələbəsi ilə başlayıb, daha sonra Şanad Feşkoya (Macarıstan) qalib gəlib. 1/4 finalda Ayub Bliyevə (IJF) uduzub.
Könül Əliyeva (48 kq) Paulina Szlakta (Polşa) ilə görüşdə ipponla qalib gəlsə də, 1/8 finalda Tuğçe Bederə (Türkiyə) məğlub olub.
Ruslan Paşayev (66 kq) startda Boyan Yotova (Bolqarıstan) ipponla məğlub olub.
Gültac Məmmədəliyeva (52 kq) ilk görüşdə Çiarra Serraya (Almaniya) ipponla məğlub olub.