Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Bakıya gələcək
Əziz Əzizli
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç aprelin 24-də Bakıya səfər edəcək.
Operativ Media xəbər verir ki, CEV prezidenti 24-25 aprel tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək, həmçinin qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək. Səfər çərçivəsində CEV rəhbəri ilə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.
Teqlər:
"Avropa Voleybol Konfederasiyas\u0131n\u0131n (CEV) prezidenti Bak\u0131ya g\u0259l\u0259c\u0259k"