Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Operativ Media xəbər verir ki, günün ilk qarşılaşmasında "Qarabağ" "Araz-Naxçıvan"ı qonaq edib. İlk oyunda 1-0 hesabı ilə məğlub olan Ağdam təmsilçisi bu matçda 3-0 hesabı ilə qalib gələrək finala yüksəlib.