Menyu

Ançelotti: "Arda Gülərin oyun keyfiyyətləri fenomenaldır"

Əziz Əzizli
Ançelotti: "Arda Gülərin oyun keyfiyyətləri fenomenaldır"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqanın 33-cü turunda "Xetafe"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yarımmüdafiəçi Arda Gülərin çıxışını dəyərləndirib.

Operativ Media xəbər verir ki, oyunda yeganə qolu türkiyəli yarımmüdafiəçi vurub.

"Gülərin gələcəyi hücumçudan çox yarımmüdafiəçi kimidir. Oyuna gətirdiyi keyfiyyətlər fenomenaldır. Endrikin iki şansı var idi. Birincisi ən yaxşısı idi. İkincisi ofsayd idi  Rodriqo oynamalıdır, çünki bir müddət qol vurmasa da, qol vuracaq, ona tamamilə güvənirəm".

"Real Madrid"in 72 xalı var və "Barselona"dan 4 xal geri qalaraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb. "Xetafe" 39 xalla 12-ci pillədə qərarlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər