Menyu

Zamiq Əliyev oynadı, komandası finala yüksəldi

Əziz Əzizli
Zamiq Əliyev oynadı, komandası finala yüksəldi
1 dəq oxu

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" Albaniya kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Operativ Media xəbər verir ki, onlar yarımfinal mərhələsində "Partizani" klubu ilə qarşılaşıblar. İlk oyunda 0-1 hesabı ilə məğlub olan "Eqnatia" dünən keçirilən cavab qarşılaşmasında 2-0 qalib gələrək finala yüksəlib.

Zamiq Əliyev bu matçda 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, azərbaycanlı futbolçunun komandası finalda "Dinamo Tirana" ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər