Menyu

"Sabah" 19-cu finalçı oldu

Əziz Əzizli
"Sabah" 19-cu finalçı oldu

“Sabah” tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.

Operativ Media xəbər verir ki, Vasili Berezutskinin baş məşqçisi olduğu komanda yarımfinalda “Neftçi” səddini keçib – 2:1, 1:1.

“Sabah” turnirin 33 illik tarixində finala adlayan 19-cu komanda olub. “Qarabağ” 12, “Neftçi” 11, “Şamaxı” 6, “Xəzər Lənkəran” və “Qəbələ” 5, “Kəpəz” 4, “Bakı” 3, “Kür-Nur”, “Şəmkir”, “Sumqayıt” və “Zirə” 2 dəfə yarımfinalı uğurla keçib. “İnşaatçı” (Bakı), “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “İnşaatçı” (Sabirabad), “Xəzər” (Lənkəran) və “Karvan” isə “Sabah” kimi buna 1 dəfə nail olub.

Qeyd edək ki, 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb.

Teqlər:

"\"Sabah\" 19-cu final\u00e7\u0131 oldu"

Əlaqəli Xəbərlər