Menyu

"Əl-Hilal" "Qalatasaray"da çıxış edən hücumçunu istəyir

Əziz Əzizli
"Əl-Hilal" "Qalatasaray"da çıxış edən hücumçunu istəyir

"Əl-Hilal" "Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhenin transferində maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Ben Jacobs məlumat yayıb.

Mənbənin məlumatına görə, daha əvvəl “Liverpul”la müqaviləsini uzatmış misirli hücumçu Məhəmməd Salah transferi baş tutmayınca, Səudiyyə klubu yeni hədəf seçib.

Osimhen bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" 26 yaşlı nigeriyalının bazar dəyərini 70 milyon avro qiymətləndirir.

Teqlər:

"\"\u018fl-Hilal\" \"Qalatasaray\"da \u00e7\u0131x\u0131\u015f ed\u0259n h\u00fccum\u00e7unu ist\u0259yir"

Əlaqəli Xəbərlər