
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "General Motors"un uzun müddətdir gözlədiyi qərarı açıqlayıb.
Operativ Media xəbər verir ki, FIA Amerika Birləşmiş Ştatlarından olan bu şirkətin 2029-cu ildən etibarən "Formula 1"in rəsmi mühərrik istehsalçılarından biri olmasına icazə verib.
"General Motors" 2026-cı ildə "Formula 1"in on birinci komandası olacaq "Cadillac" markası üçün 2029-cu ildən etibarən öz mühərriklərini istehsal edəcək.
"General Motors"a məxsus "Cadillac" markası iki ay əvvəl "Formula 1"də on birinci komanda kimi iştirak etmək üçün təsdiq almışdı. "Cadillac" "Formula 1"də ilk 3 mövsüm ərzində "Ferrari" mühərriklərindən istifadə edəcək.
FIA-nın prezidenti Məhəmməd Ben Sulayem bu qərarın "Formula 1"in qlobal inkişafına töhfə verəcəyini bildirib. "General Motors" "Formula 1"də "Ferrari", "Mercedes" və "Audi" kimi böyük mühərrik istehsalçıları ilə rəqabət aparacaq.
Digər bir Amerika şirkəti olan "Ford" da "Red Bull" ilə əməkdaşlıq çərçivəsində öz mühərrik proqramını həyata keçirir