Menyu

Avropa Voleybol Konfederasiyasının prezidenti Azərbaycanda səfərdədir

Əziz Əzizli
Avropa Voleybol Konfederasiyasının prezidenti Azərbaycanda səfərdədir

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət ediblər.

Operativ Media xəbər verir ki, AVF nümayəndələri və qonaq Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə məzarı üzərinə gül dəstələri qoyulub.

Qonaqlar Şəhidlər xiyabanını da ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb.

Teqlər:

"Avropa Voleybol Konfederasiyas\u0131n\u0131n prezidenti Az\u0259rbaycanda s\u0259f\u0259rd\u0259dir"

Fotogalereya

Əlaqəli Xəbərlər