AÇ: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
Əziz Əzizli
Monteneqronun Podqoritsa şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.
Operativ Media xəbər verir ki, AÇ-nin ikinci günündə daha iki Azərbaycan cüdoçusu tatami üzərinə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev startda Benjamin Leviyi (Böyük Britaniya), daha sonra Otari Kvantidzeni (Portuqaliya) və Joan-Benjamin Qabunu (Fransa) məğlub edib. Bununla belə, Məmmədəliyev yarımfinalda Danil Lavrentyevə (IJF) məğlub olub və axşam bürünc uğrunda mübarizə aparacaq. Onun rəqibi Daniel Szegedi (Macarıstan) olacaq.
Fidan Əlizadə (57 kq) startda Anastasiya Sokiryanskaya (Latviya) qalib gəlsə də, 1/8 finalda Binte Ndiayeyə (İsveçrə) uduzub.
Hazırda Azərbaycanın hesabında bir bürünc medal var və onu Əhməd Yusifov (60 kq) qazanıb.
Teqlər:
"A\u00c7: Az\u0259rbaycan c\u00fcdo\u00e7usu b\u00fcr\u00fcnc medal u\u011frunda yar\u0131\u015facaq"