24 Aprel 2025, 18:30
De Bleker "Qarabağ" - "Araz-Naxçıvan" matçının mübahisəli epizodlarını şərh edib
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker mübahisəli epizodları dəyərləndirib.
De Bleker "Qarabağ" - "Araz-Naxçıvan" matçının  mübahisəli epizodlarını şərh edib şəkil
De Bleker "Qarabağ" - "Araz-Naxçıvan" matçının mübahisəli epizodlarını şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Araz-Naxçıvan” (3:0) görüşündəki mübahisəli epizodlarla bağlı şərh edib.

Operativ Media xəbər verir ki, o, hər üç mübahisəli epizodda hakimin doğru qərar verdiyini açıqlayıb.

"Matçın 44-cü dəqiqəsində “Qarabağ”ın 7 nömrəli futbolçusu (Yassin Benzia) meydanın mərkəzində top uğrunda mübarizə apararkən topa vurmaq istəyir, lakin sol ayağı ilə “Araz-Naxçıvan”ın futbolçusunun ayağına dəyir. Hakim bunu düşüncəsiz hərəkət kimi qiymətləndirir və sarı vərəqə göstərir. Bu, aşağı intensivli və aşağı təsirli yüngül “kontakt” olduğu üçün düşüncəsiz oyuna görə verilmiş sarı vərəqə düzgün qiymətləndirmədir. Əgər bu, tam “kontakt”, yüksək intensivlik və təsirlə edilən müdaxilə olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi.

Matçın 64-cü dəqiqəsində sürətli qaçış və top uğrunda mübarizədə “Araz-Naxçıvan”ın 97 nömrəli futbolçusu (Felipe Santos) yıxılır. Yaxşı mövqedə olan hakim oyunu davam etdirir və növbəti hücumda “Qarabağ” qol vurur. VAR qoldan sonra görüntülərə baxır, həmçinin əvvəlki epizodu yoxlayır, “Araz-Naxçıvan”ın oyunçusuna qarşı qayda pozuntusu olmadığını müəyyən edir (APP). Qol düzgün şəkildə təsdiq edilir.

Matçın 75-ci dəqiqəsində “Qarabağ”ın hücumu zamanı 15 nömrəli oyunçu (Leandro Andrade) cərimə meydançasında hərəkət edir. O, ötürmə verir və top əvvəlcə “Araz-Naxçıvan”ın 34 nömrəli futbolçusunun (Urfan Abbasov) bədəninə, sonra isə qoluna dəyir. Hakim penalti qərarı verir. Əgər top əvvəl bədəndən gəlirsə, qol çiyindən yuxarı mövqedədirsə və topa doğru hərəkət edirsə (UEFA Təlimatlarına əsasən), penalti qərarı düzgün hesab olunur".

Son xəbərlər
MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb
"Sumqayıt" ilk transferini açıqladı
Rubio və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb