Menyu

"Nyukasl Yunayted" 19 yaşlı türkiyəli futbolçunu transfer etdi

Əziz Əzizli
"Nyukasl Yunayted" 19 yaşlı türkiyəli futbolçunu transfer etdi
1 dəq oxu

Türkiyədən Avropaya transfer olan türk futbolçuların sırasına daha biri qatılıb.

Operativ Media xəbər verir ki, "Gənclərbirliyi"nin U19 komandasının yarımmüdafiəçisi Baran Yıldız "Nyukasl Yunayted"lə 4,5 illik müqavilə imzalayıb.

Baran Yıldız "Nyukasl Yunayted"in U18 komandasında çıxış edəcək.

Türkiyə mətbuatına görə "Nyukasl Yunayted" Baran Yıldız üçün "Gənclərbirliyi"nə 2,5 milyon lirə ödəyəcək. Razılaşmaya əsasən, “Gənçlərbirliyi” növbəti satışdan yüzdə 15 pay alacaq.

Digər tərəfdən Baran Yıldız həm də Regional Həvəskarlar Liqasından Premyer Liqaya həvəskar lisenziya ilə keçən ilk türk futbolçu kimi qeydə alınıb.

Əlaqəli Xəbərlər