Rafinya "Barselona" ilə yeni müqavilənin şərtlərindən narazıdır
Əziz Əzizli
"Barselona" hücumçu Rafinya ilə yeni müqavilə imzalamaq istəyir, lakin futbolçu bu təklifdən narazıdır.
Operativ Media bu barədə sport.es saytına istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, 28 yaşlı braziliyalı yeni müqavilənin iki məqamından, müqavilənin müddəti və maaşından narazıdır.
Rafinyanın hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. "Barselona" onunla müqavilənin daha 12 ay opsiya ilə bir il uzadılmasını istəyir. Futbolçunun özü "1+1" sxeminə görə deyil, birdən-birə iki il müddətinə uzadılmasını istəyir.
Rafinya bu mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 30 qol vurub və 23 məhsuldar ötürmə edib.
Teqlər:
"Rafinya \"Barselona\" il\u0259 yeni m\u00fcqavil\u0259nin \u015f\u0259rtl\u0259rind\u0259n naraz\u0131d\u0131r"