25 Aprel 2025, 15:26
PUA-ların istismarı qaydaları təsdiqlənib
PUA-ların istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi qaydaları təsdiqlənib.
PUA-ların istismarı qaydaları təsdiqlənib şəkil
PUA-ların istismarı qaydaları təsdiqlənib

Nazirlər Kabineti “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nı təsdiqləyib.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, PUA-ların qeydiyyatını, eləcə də əməliyyat icazəsinin, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.

Həmçinin PUAS-ın istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçiriləcək.

Bu qaydaların müddəaları aşağıdakı PUA-lara şamil edilmir:

- maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla təchiz olunmamış, habelə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar;

- uçuş zamanı pilot (operator) tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lar.

Son xəbərlər
Ermənistan XİN: Ermənistan Aİ-yə daxil olmaq üçün danışıqlar aparmır
Ronaldinyo: Vinisiusun "Qızıl top"u qazanmaması ədalətsizlik idi
İtaliya İsraili Qəzzada əməliyyatları dayandırmağa çağırıb
XİN Tehranda Azərbaycan səfirliyinə hücum edan şəxsin edam olunması ilə bağlı məlumat yayıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - VİDEO
21 May 2025, 15:45
Tokayev İlham Əliyevə təşəkkür edib
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq