Menyu

Çingiz Hüseynzadə Qlobal Kiberidman Federasiyası rəhbərləri ilə görüşdü

Əziz Əzizli
Çingiz Hüseynzadə Qlobal Kiberidman Federasiyası rəhbərləri ilə görüşdü

Aprelin 25-də Milli Olimpiya Komitəsinin inzibati binasında, Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev,  idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, mətbuat katibi Murad Fərzəliyev, Qlobal Kiberidman Federasiyasının baş direktoru Paul J. Foster və aparat rəhbəri Rüstəm Ağasıyev iştirak ediblər.

Görüşün əsas məqsədi kiberidman fəaliyyətini gücləndirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə kiberidmanın Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

Teqlər:

"\u00c7ingiz H\u00fcseynzad\u0259 Qlobal Kiberidman Federasiyas\u0131 r\u0259hb\u0259rl\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015fd\u00fc"

Əlaqəli Xəbərlər