26 Aprel 2025, 11:50
Əli Səmədov: “8 xallıq fərq az deyil”
"Kəpəz"in yarımmüdafiəçisi Əli Səmədov turnir cədvəlinin daha yuxarı pillələrinə qalxa biləcəklərinə inanır.
Əli Səmədov: “8 xallıq fərq az deyil” şəkil
Əli Səmədov: “8 xallıq fərq az deyil”

“Son oyunda soyuqanlıq, zərbələrdə dəqiqlik çatmadı. Qol vurmaq üçün bizim epizodlarımız daha çox oldu. Amma yararlana bilmədik”.

Operativ Media xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında "Kəpəz"in yarımmüdafiəçisi Əli Səmədov deyib.

“Şamaxı” ilə matç barədə danışan futbolçu bildirib ki, ələ düşən fürsətlərdən istifadə edilsəydi, hesab başqa cür olardı:

“Şamaxıdakı görüş bizim üçün olduqca vacib idi. Turnir cədvəlində 7-ci yer uğrunda mübarizədə əhəmiyyət daşıyırdı. Qalib gəlsəydik, irəliləyəcəkdik. Ona görə ciddi hazırlaşmışdıq. Məncə, pis oynamadıq, baxmayaraq ki, uduzduq. Komanda olaraq mübarizəmiz yaxşı alındı, sadəcə, qol vəziyyətlərini boşa verdik”.

Gəncə təmsilçsinin kapitanlarından biri olan Səmədov onu da deyib ki, “Səbail” ilə arada olan 8 xallıq fərq onlarda arxayınlıq yaratmır: “Çempionatın finişinə 5 tur qalmış 8 xallıq fərq az deyil. Açıq danışmaq lazımdır. Amma bu, bizə rahatlıq vermir. Futboldur, hər şey ola bilər. Qarşıdakı oyunlarda əlimizdən gələnin ən yaxşısını edib xal ehtiyatını artırmalıyıq. Ciddiyətimizi qorumalıyıq. Mümkünsüz heç nə yoxdu. Daha yuxarı yerlərə qalxa bilərik”.

Son xəbərlər
Külək güclənəcək - XƏBƏRDARLIQ
"Zirə" Türkiyə klubu ilə qarşılaşacaq
AQTA azad olunan ərazilərdə fitosanitar monitorinqlər keçirib
Sabah hava necə olacaq? - PROQNOZ
"Mançester Siti" 6 futbolçusu ilə vidalaşa bilər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq