AÇ: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Əziz Əzizli
Podqoritsada (Monteneqro) cüdo üzrə Avropa çempionatı davam edir.
Operativ Media xəbər verir ki, AÇ-nin dördüncü günündə 2024-cü ilin Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) da daxil olmaqla daha üç Azərbaycan idmançısı tatami üzərinə çıxacaq.
Hazırda Azərbaycanın aktivində Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tskayev (81 kq) və Murad Fətiyev (90 kq) qazandıqları dörd bürünc medal var.
Teqlər:
"A\u00c7: Az\u0259rbaycan\u0131n daha 3 c\u00fcdo\u00e7usu m\u00fcbariz\u0259y\u0259 qo\u015fulacaq"