Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq
Əziz Əzizli
Bu gün Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (BWF) 86-cı illik ümumi yığıncağı keçirilib.
Operativ Media xəbər verir ki, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib.
Dünya Badminton Federasiyasının prezidenti vəzifəsinə Tailand Badminton Federasiyasının rəhbəri Khunyinq Patama Lisvadtrakul seçilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.
Qeyd edək ki, idman tariximizdə ilk dəfədir ki, nümayəndəmiz bu qurumun rəhbər orqanına seçilir.
Teqlər:
"Az\u0259rbaycan D\u00fcnya Badminton Federasiyas\u0131n\u0131n ali orqan\u0131nda t\u0259msil olunacaq"