Menyu

Azərbaycanlı voleybolçu 5-ci dəfə Macarıstan çempionu oldu

Əziz Əzizli
Azərbaycanlı voleybolçu 5-ci dəfə Macarıstan çempionu oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova növbəti uğura imza atıb.

Operativ Media xəbər verir ki, təcrübəli voleybolçu şərəfini qoruduğu Macarıstanın "Vasas Obuda" komandası ilə ölkə çempionu olub.

Final mərhələsində "Vasas Obuda" "Bekescaba" klubu ilə qarşılaşıb. Üç oyunun hər birində 3:0 hesabı ilə qələbə qazanan Abduləzimovanın komandası Macarıstan çempionatının qızıl medalına sahib çıxıb.

Bu, Ayşən Abduləzimovanın "Vasas Obuda" ilə qazandığı beşinci çempionluq tituludur.

Teqlər:

"Az\u0259rbaycanl\u0131 voleybol\u00e7u 5-ci d\u0259f\u0259 Macar\u0131stan \u00e7empionu oldu"

Əlaqəli Xəbərlər