Bu gün İspaniya Kral Kubokunun final görüşü keçirilib.
Operativ Media xəbər verir ki, həlledici oyunda əzəli rəqiblər "Barselona" ilə "Real" üz-üzə gəlib. Sevilya şəhərində keçirilən gərgin matçın 90 dəqiqəsində qalib müəyyənləşməyib - 2:2. Əlavə vaxtın 116-cı dəqiqəsində önə keçən "Barselona" qələbə qazanaraq kubokun sahibi olub.